Call US (+370) - 521 - 95 - 601

Home » News » AYOL Litva hüdudlarını aşaraq əlaqələrini genişləndirir

AYOL Litva hüdudlarını aşaraq əlaqələrini genişləndirir

10866790_830836926975479_1072480990_nMədəniyyətlər arasında əlaqələrin gücləndirilməsinə dəstək vermək məqsədi ilə icra olunan layihə çərçivəsində keçirilən tədbirdə altı nəfər AYOL nümayəndəsi iştirak edir. Nümayəndə heyətinin tərkibi litvalı və azərbaycanlı tələbələrdən təşkil olunub.

Ümumilikdə isə, tədbir iştirakçıları İtaliya, İspaniya, Yunanıstan, Azərbaycan-Litva, Polşa olmaqla ümumilikdə 6 ölkədən 30 nəfərdir.

AYOL-un Beynəlxalq əlaqələr departamentindən bildirilir ki, hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə cari ilin 05-16 yanvar tarixlərində keçirilən 10 günlük tədbirdə İtaliya-Azərbaycan və Litva münasibətləri ətrafında müzakirələr, əməkdaşlığın perspektivləri və gələcək layihələrdə birlikdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılır. Tədbir müddətində keçirilən mədəniyyət günündə Azərbaycan guşəsi də xüsusi marağa səbəb olub və Azərbaycan mədəniyyətinin rəngarəngliyi maraqlı təqdimatla iştirakçılara çatdırılıb.

O da qeyd olunur ki, bu ötən ildən başlayaraq AYOL Avropanın müəyyən proqramları çərçivəsində özünü sübut etməyi qarşısına məqsəd qoyub. Təsadüfü deyil ki, Gənc bir təşkilat olmağına baxmayaraq, AYOL artıq Litva hüdudlarını aşaraq əlaqələrini genişləndirir və avropada tanınmağa başlayıb. Qitənin bir sıra beynəlxalq gənclər təşkilatları ilə elm, təhsil, mədəniyyət və informasiya mübadiləsi sahəsində əməkdaşlığını genişləndirir.

Views count (2105)

Comments are closed.