Call US (+370) - 521 - 95 - 601

Home » News » Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü Litvada qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü Litvada qeyd edilib

13308158_947061452073771_8891545405559018436_oAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü Litvada qeyd edilib.Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May – Respublika Gününə həsr olunan rəsmi qəbul təşkil edilib.

Qəbulda Litva Seymi sədrinin birinci müavini Vidas Qedvilas, nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçius, ətraf mühit naziri Kestutis Treçiokas, Fövqəladə Hallar Departamentinin direktoru, general Remigiyus Baniulis, “LRT” dövlət kanalının baş direktoru Audrius Siauruseviçius, Baş nazirin müşaviri Antanas Vinkus, digər yüksək vəzifəli şəxslər, ictimai-siyasi xadimlər, Litvada yaşayan soydaşlarımız, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Həsən Məmmədzadə çıxış edərək tədbir iştirakçılarına Respublika Günü haqqında məlumat verib. O, müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda yaradılmış demokratik respublikanın fəaliyyəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrilməsi haqqında, o cümlədən Azərbaycan və Litva arasında humanitar sahədə həyata keçirilən mədəniyyət layihələri barədə danışıb.

Daha sonra qonaqlara azərbaycanlı musiqiçi və bəstəkar Teymur Nadirin rəhbərliyi ilə hazırlanmış musiqi proqramı təqdim edilib. Proqram çərçivəsində Litvada yaşayan gənc müğənni Ülviyyə Cons-Rəhimovanın ifa etdiyi “Laçın”, “Əlvida” və digər mahnılar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Rəsmi qəbul ziyafətlə davam edib.

Views count (2490)

Comments are closed.