Call US (+370) - 521 - 95 - 601

Home » News » Kaunasda Novruz bayramı qeyd edildi

Kaunasda Novruz bayramı qeyd edildi

ayol_novruz_5Litvada sil-sililə şəklində davam edən Novruz festivalı 18 mart tarixində Vilnüsdəki bayram tədbirinin ardinca 20 mart tarixində Kaunas şəhərində həyata keçirildi.
Tədbirdə Kaunasda təhsil alan yüzə yaxın azərbaycanlı tələbə və universitetlərin rəsmiləri, burada fəaliyyət göstərən yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayənləri iştirak edirdilər.

Açılış nitqi ilə çıxış edən Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) sədri Samir Musayev azərbaycalı gəncləri bayram münasibəti ilə təbrik edib, əcnəbi qonaqlara bayram haqqında geniş informasiya verdi.
Bayramın şənliyində qonaqlarımız Azərbaycan milli mətbəxinin təamlarını dadaraq, istedadlı tələblərimizin ifasinda milli musiqi və rəqs nömrələrini izlədilər. Yerli və xarici qonaqların da tələblərimizlə birlikdə milli mahnılarımızı rəqs etmələri tədbirə əlavə bir rəng qatdı.
Festival Novruzun yumurta döyüşdürmə, tonqal ətrafında yallı getmə, atəşfəşanlıq və kimi bir sıra adət-ənənlərlə nümayişi ilə davam etdi.

Views count (1860)

Comments are closed.