Call US (+370) - 521 - 95 - 601

Home » News » “Litva məktəblərində Azərbaycan tarixi və mədəniyyətinin təbliği və inkişafı” adlı layihənin icrasına başlanılıb

“Litva məktəblərində Azərbaycan tarixi və mədəniyyətinin təbliği və inkişafı” adlı layihənin icrasına başlanılıb

litva_mekteblerinde_azerbaycan_tarixi_ve_medeniyyeti_3Layihənin dörd aylıq icra planına uyğun olaraq 2014-cü ilin avqust ayından başlayan tədbirlər cari ilin sonuna qədər davam edəcək.

Layihənin icra müddəti dövründə AYOL tərəfindən Litvanın Vilnius, Kaunas, Yonava, Mariampole və digər bu kimi əsas şəhərlərinin orta məktəblərində ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, milli mətbəxi, turiz potensialı, kino sənəti və digər mühüm mövzuları özündə əks etdirən tədbirlər silsiləsi keçiriləcəkdir.

Layihənin əsas məqsədi keçiriləcək tədbirlərlə əsas hədəf qrupu litvalı məktəblilər olmaqla gələcək üçün ölkəmiz haqqında məlumatlı olan şəbəkənin yaradılmasıdır. Bu yolla tək məktəblilər deyil, həmçinin, dolayısı ilə, qonaq qismində aylıq yekun tədbirlədə iştirak edəcək müəllim və valideyin heyəti, yerli gənclər təşkilatının fəal üzvləri də məlumatlandırılmış olacaqlar.

Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil ediləcək tədbirlər silsiləsində Azərbaycanın inkişafına dair nümayiş etdiriləcək video çarxlar, qonaqlara təqdim olunacaq milli mətbəximizin ləziz yeməkləri, milli rəqslər, həmçinin, milli ornamentli hədiyyələr qonaqların ölkəmizə olan maraqlarını daha da artıracağına və gələcək fəaliyyətimizdə əkəkdaşlıq üçün stimul yaradacağına əminik.

Views count (2046)

Comments are closed.