Call US (+370) - 521 - 95 - 601

Home » News » Litvada Qafqazın tarixinə dair nəşr olunan kitabın təqdimatı keçirilib

Litvada Qafqazın tarixinə dair nəşr olunan kitabın təqdimatı keçirilib

Litvanxd3684f01bc434ad29d07c1b867c26607.jpg.pagespeed.ic.mI5O8PvcdTın Edukologiya Universitetində litvalı tarixçi-alim Algimantas Liyekisin “Millətlərin Qafqaza köçü: XX əsr” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Edukologiya Universitetinin rektoru Algirdas Qaijutis və müəllim heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, tarixçilər, yerli media nümayəndələri iştirak ediblər.

Mərasimi çıxış sözü ilə açan Edukologiya Universitetinin rektoru A. Qaijutis bildirib ki, bu cür tədbirin keçirilməsində məqsəd kimsəni qınamaq və ya günahlandırmaq deyil, bu tədbir həqiqətin axtarılması üçün bir fürsətdir.

Səfir Həsən Məmmədzadə çıxışında Litva tarixçisinin təkcə Ermənistan deyil, digər mümkün mənbələrdən də istifadə edərək Azərbaycan və Ermənistan tarixi ilə maraqlanmağa başlamasınının vacibliyini vurğulayıb: “Ən əsası odur ki, bu kitab Azərbaycan və Ermənistan tarixinə litvalıların bitərəf yanaşmasını göstərir və hesab edirəm ki, ədalət prinsipi qorunur“.

Kitabın müəllifi Algimantas Liyekis çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ilə necə maraqlanmağa başladığı və kitabın yazılma prosesi haqqında danışıb. Mü
əllif rus, ingilis, gürcü mənbələrindən istifadə etdiyini deyib: “Litvada bəzən yalnış fikir fomalaşıb ki, bu məsələlərdə azərbaycanlılar günahkardır. Litvada bilmirlər ki, Yerevan nə vaxtsa Azərbaycana məxsus olub“.

Müəllif ermənilərin qonşuları ilə normal münasibətlər qura bilməməsi, onlara torpaq iddiası irəli sürməsini iştirakçıların diqqətinə çatdırıb.

Jurnalist Audris Antanaytis çıxışında bu yaxınlarda Azərbaycana yanlış yoldan səfər etdiyini söyləyərək bu səbəblə səfirdən uzr istədiyi deyib. O, Dağlıq Qarabağa getməzdən öncə bu kitabı oxumadığına görə çox təəssüfləndiyini də bildirib.

Beş yüz tirajla nəşr edilmiş
kitabın yarısı Litvanın şəhər kitabxanalarına verilib, qalan  hissəsi isə Litva siyasətçiləri və tarixçiləri arasında paylanıb. Kitabın elektron versiyası “elibrary.lt” internet portalında yerləşdirilib. Kitaba maraq göstərildiyi nəzərə alınaraq, Litva dilində ikinci dəfə çapa verilib. Eyni zamanda, kitab rus dilinə tərcümə edilib və hazırda çap edilməsi üzərində işlər gedir.

Kitabın müəllifi, professor, elmlər doktoru Algimantas Liyekis 43 monoqrafiyanın, 1400-dən artıq məqalənin, 79 kitabın müəllifi və ya həmmüəllifidir. O, Elmşünaslıq İnstitutunun direktorudur.

x5e3e29487be38b6689fc7b0eaca72e52.JPG.pagespeed.ic.9ZsWDwdTnR

 

 

 

 

 

 

Kitab haqqında Litvanın nüfuzlu “Literatura-menas” jurnalında, “Karştas komentaras” həftəlik qəzetinin 8, 9 və 10 nömrələrində, “slaptai.lt” internet portalında məqalələr dərc olunub.

Views count (4178)

Comments are closed.