Call US (+370) - 521 - 95 - 601

Home » Uncategorized » Establishment Ceremony of AYOL

Establishment Ceremony of AYOL

Dekabr ayının 11-ində, Holiday İnn Hotel-ində AYOL-un təqdimat gecəsi keçiriləcəkdir. Tədbirdə 100 nəfərə yaxın Azərbaycanlı və Litvalı gənclər  ilə yanaşı həmçinin rəsmi qonaqların iştirakı gözlənilir. Təşrif buyuracaq rəsmilər sırasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Məmmədzadə, Litva Respublikasının millət vəkili Juras Požela, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Orxan Əkbərov, Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiriVaqif Seyidbəyli, Azərbaycan Ukrayna Gənclər Təşkilatının sədri Anar Tahirov və bir sıra başqa qonaqlar da olacaqdır. 

Tədbir rəsmilərin çıxışı, AYOL-un sədri Samir Musayev tərəfindən qısa prezentasiya və web səhifənin təqdimatı ilə başlayıb, konsert proqramı ilə davam edəcək. Konsertdə Eurovision 2012-də Azərbaycan təmsilçisi Səbinə Babayeva və jazz-vokalist Ülviyyə Rəhimova çıxış edəcəklər. 

Views count (1485)

Comments are closed.