Call US (+370) - 521 - 95 - 601

Home » Uncategorized » İstanbulda “Xaricdən milli baxış” mövzusunda Forum keçirilmişdir.

İstanbulda “Xaricdən milli baxış” mövzusunda Forum keçirilmişdir.

“İrəli” İctimai Birliyinin və İnsan Kapitalının İnkişaf Mərkəzinin (İNDEX) birgə təşkilatçılığı ilə 4-7 mart tarixlərində Türkiyənin İstanbul şəhərində “Xaricdən milli baxış” mövzusunda Forum keçirilmişdir. Forumda 19 ölkədən 20 gənclər təşkilatının nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) da təmsil olunmuşdur. Xaricdən Milli Baxış Forumu çərçivəsində bir sıra məsələlər müzakirə olunmuş, xaricdəki Azərbaycanlı Gənclər təşkilatının birgə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.


“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun moderatorluğunda keçən paneldə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov və Milli Məclisin deputatı Adil Əliyevin çıxışları dinlənilib. Forumun yekununda “Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası”nın yaradılması haqqında yekun bəyanat qəbul olunmuşdur.

Bəyanatda deyilir: “Biz, dünya azərbaycanlıları olaraq ölkəmizi xaricdə təmsil etməkdən qürur duyur və bunun məsuliyyətini hər zaman öz üzərimizdə dərk edirik. Ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi indi hər birimizin həyat devizinə çevrilib.

Məqsədimiz ölkəmizlə bağlı doğru informasiyaları, Azərbaycanın qısa müddət ərzində keçdiyi inkişaf yolunu, xalqımıza xas olan milli dəyərləri, Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımı və işğalçılıq siyasətini yaşadığımız ölkələrin, eləcə də dünyanın diqqətinə çatdırmaq, ədalətin bərqərar olunmasına nail olmaqdır”.

Bu istiqamətdə aparılan dövlət siyasətini daim dəstəklədiklərini və bunu milli mənəvi borc hesab etdiklərini vurğulayan gənclər bəyanatda ifadə ediblər: “Gənclik güclü Azərbaycan dövlətinə, xalqımızın iradəsinə söykənərək dünya səviyyəsində öz sözünü deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevə güvənərək üzərinə düşən vəzifəni bundan sonra da yerinə yetirəcək.

Biz, Forum iştirakçıları olaraq bütün dünyadakı azərbaycanlı gənclərə müraciət edərək bildiririk ki, indi dünyada baş verən proseslər daha yaxın olmağımızı, daha sıx birləşməyimizi, müstəqil Azərbaycan üçün daha çox işlər görməyi zəruri edir. Bundan irəli gələrək Forum iştirakçıları tərəfindən yaradılan Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası bundan sonrakı fəaliyyətini mərkəzləşdirilmiş formada həyata keçirməyi, xaricdəki gənclər təşkilatlarının ictimai-siyasi proseslərdə mövqeyinin gücləndirilməsini qarşıya məqsəd qoyub”.

Bəyanatda yeni müraciətlərə əsasən, Koordinasiya Şurasının fəaliyyət coğrafiyasının genişləndirilməsi də əsas məqsədlərdən biri olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, Forum iştirakçılarının ümumi razılığı əsasında Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurasının fəaliyyətinin əlaqələndirilməsi “İrəli” İctimai Birliyi tərəfindən həyata keçiriləcək.
12496340_971889642891208_3757259902914869452_o12819260_972732646140241_2116680250926344130_o10272694_973595446053961_5223380342936515536_o
10003864_972732792806893_1349274574967757497_o

12248030_972732649473574_5223240216160301817_o




12841360_971889222891250_889466212882641295_o

Views count (3870)

Comments are closed.