28 May – Respublika Günü Vilnüsdə qeyd edildi
- Jun, 04, 2015
- News
Azərbaycanın Litvadakı səfirliyinin təşkil etdiyi qəbulda
müstəqil Litvanın ilk dövlət başçısı Vitautas Landsberqis, Seym sədrinin I
müavini Vidas Qedvilas, Seym sədrinin müavini Alqirdas Sisas, nazir və nazir
müavinləri, Seymin komitə sədrləri və deputatları, Seymdə yaradılmış
Azərbaycanla Parlamentlərarası əlaqələr qrupunun və GUAM-a üzv ölkələrin
ərazi bütövlüyü üzrə Parlament qrupunun sədrləri və üzvləri, universitet
rektorları və müəllimləri, Litvanın siyasi və ictimai xadimləri,
qeyri-hökumət təşkilatlarının rəhbərləri, jurnalistlər, Litvada yaşayan
soydaşlarımız və təhsil alan tələbələrimiz, Litva Azərbaycanlı Gənclər
Təşkilatının (AYOL) üzvləri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Həsən Məmmədzadə çıxış edib. Tədbir iştirakçılarına 28 May – Respublika Günü haqqında məlumat verən səfir Ећərqdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış demokratik respublikanın fəaliyyəti və 1991-ci ildə müstəqilliyin yenidən bərpa edilməsi, təməli Heydər ЖЏliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrilməsi haqqında, o cümlədən iki ölkə arasında həyata keçirilən humanitar və mədəniyyət layihələri, dövlətlərarası əlaqələrin inkişafı barədə məlumat verib. Diplomat həmçinin iyun ayında keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarına dair bilgi verərək, bunun ölkəmiz üçün əlamətdar hadisə olacaДџını vurДџulayıb.
V. Landsberqis isə Azərbaycan xalqını Respublika Günü ilə baДџlı təbrik edərək, Azərbaycana Avropada öz mövqeyini möhkəmləndirməyi arzulayıb və bu istiqamətdə Azərbaycan tərəfindən xeyli işlər görüldüyünü qeyd edib. O həmçinin Litva ilə Azərbaycan xalqları arasında mədəni və dini müxtəlifliyin olmasına baxmayaraq, hər iki ölkənin oxşar talelərinin olduДџunu vurДџulayaraq, ölkəmizə rifah və əmin-amanlıq arzu edib.
Sonra qonaqlara Litvada yaşayan gənc müДџənni Ülviyyə Cons-Rəhimovanın ifasında caz nümunələri təqdim edilib. MüДџənni oxuduqları “Sarı gəlin”, “ЖЏlvida” və digər mahnılar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda qonaqlara ziyafət verilib.
Onu da əlavə edək ki, həmin gün səfir H. Məmmədzadənin Litvanın aparıcı və böyük tirajlı nəşrlərindən biri olan “Lietuvos žinios” qəzetində və həmin qəzetin internet səhifəsində 28 May – Respublika Günü münasibətilə geniş müsahibəsi dərc olunub. Səfir müsahibəsində Azərbaycanda da Litvadakı kimi, bu il ilk Respublikanın yaranmasının 97-ci illiyinin qeyd edildiyini bildirərək, hər iki ölkənin XX əsrin əvvəllərində və sonunda eyni tarixi talelərin yaşadıДџını vurДџulayıb. O, 1918-ci ildə şərqdə ilk dəfə Azərbaycanda yaranmış demokratik respublikanın 23 ay yaşamasına baxmayaraq bir çox uДџurlara nail olduДџunu, həmin dövrdə də Azərbaycan milli və dini azlıqlara münasibətdə öz tolerantlıДџı ilə seçildiyini qeyd edib.
H. Məmmədzadə Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi zaman separatizmlə qarşılaşdıДџını, Ermənistan tərəfindən Azərbaycanın DaДџlıq QarabaДџ regionunun və ətrafda yerləşən 7 rayonun işДџal edildiyini, bir milyona yaxın insanın öz doДџma yurdundan didərgin düşdüyünü bildirib.
Səfir müstəqilliyin ilk illərinin aДџır olduДџunu, erməni işДџalından müdafiə olunan bir dövrdə ölkədə vətəndaş qarşıdurmasının baş verdiyini, yalnız 1993-cü ildə Heydər ЖЏliyevin hakimiyyətə gəlməsi ilə vətəndaş müharibəsinin qarşısının alındıДџını və hazırda Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrildiyini qeyd edərək, son illərdə Azərbaycanda iqtisadi, mədəni və sosial sahələrdə əldə olunmuş nailiyyətlərə dair məlumat verib.
Views count (3208)
